Delrus-Baku Ltd Rusiyanın Delrus adlı iri xoldinqinin törəmə ibarətidir. Şirkətin fəaliyyətinin başlıca istiqaməti tibb müəssisələrinin kompleks təchizatı, ixtisaslaşdırılmış tibbi yardım növlərinin inkişafı proqramlarının hazırlanması və həyata keçirilməsi, tibb avadanlığının quraşdırılması və ona xidmət, müalicə-profilaktika müəssisələrinin ləvazimatla təmin edilməsi, tibb təyinatlı malların istehsalı, yüksək texnoloji tibb xidmətləri göstərilməsidir. Məhsulların geniş çeşidi bizə, demək olar, istənilən profilli tibb müəssisəsini ən qısa müddətdə avadanlıqla tam təmin etmək imkanı verir. Delrus-un regional bölmələri MDB-nin 50 iri şəhərində yerləşir. Şirkətin istehsal etdiyi və ya satdığı malların siyahısına 20000-ə qədər tibb avadanlığı daxildir. Xarici ölkələrin 50-dən çox istehsalçı şirkəti ilə məhsul göndərilməsinə dair eksklüziv sazişlər imzalanmışdır.