15 Mart 2019 09:18 (UTC+04:00)
Yeni Zelandiyada məscidlərə atəş açan 4 şübhəli saxlanılıb
Bakı. Katalog.az: Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Katalog.az-in məlumatına görə, bunu polis komissarı Mayk Buş deyib. Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq". Qeyd edək ki, "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində azı 27 nəfər həlak olub, xəstəxanalara təqribən 30 yaralı çatdırılıb.
VALYUTA
feed not loading