15 Mart 2019 10:21 (UTC+04:00)
İsmayıllıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakı. Katalog.az: Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Katalog.az-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb. O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.