15 Mart 2019 10:25 (UTC+04:00)
Media monitorinq qrupu fevral ayı üzrə hesabatı təqdim edib
Bakı. Katalog.az: Media Consulting and Services media monitorinq qrupu 01-28 fevral 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Katalog.az-in məlumatına görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanalı, 13 radio dalğası; 55 çap və 600 onlayn media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik. Mobil rabitə Azercell 1598 Nar mobile 1297 Bakcell 689 Bank sektoru ABB 2002 Kapital Bank 943 Paşa Bank 743 Accessbank 520 Bank Respublika 508 Sığorta sektoru Azsıgorta 230 Atəşgah 159 Atəşgah həyat 80 PAŞA 77 AXA MBASK 65 Ali məktəblər BDU 3591 UNEC 1424 ADU 1114 ATU 860 BANM 700 Hotel Excelsior 145 Landmark 131 Ambassador 111 JW Marriott Absheron 61 Hilton 55 Qeyd edək ki, aylıq nəticələr agentliyin facebook, twitter və web səhifələrində də yerləşdirilib Əlavə etmək istərdik ki, elan olunan statistika yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər office@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimizin əsas istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.
VALYUTA
feed not loading