15 Mart 2019 10:47 (UTC+04:00)
Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb
Bakı. Katalog.az: Yeni Zelandiyada Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində 40 nəfər həlak olub, 20 nəfər xəsarət alıb. Katalog.az-in məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib. Baş nazir bu hadisəsinin terror aktı olduğunu bildirib. Bundan əvvəl "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində ən azı 27 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi. İinsanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Atəş açanlardan birinin Avstraliya vətəndaşı olduğu deyilir.