16 Aprel 2019 01:01 (UTC+04:00)
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - VAXT (FOTO)
Bakı. Katalog.az: Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 may tarixində növbəti hərrac keçiriləcək. Komitədən Katalog.az-ə verilən məlumata görə, bu dəfə vətəndaşlar seçimlərini 15 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisə və obyekti, 5 yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi üzrə apara bilər. Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin yerləşdiyi regionlar, fəaliyyət sahələri və qiymətləri müxtəlifdir. Bu kateqoriyaya aid olan dövlət əmlaklarının ümumi faydalı sahələri 7.5 kv.m ilə 9.2 min kv.m arasındadır. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Ən geniş torpaq sahəsi olan kiçik dövlət müəssisəsi Salyan rayonu, Peyk kəndindəki Yüksəliş yardımçı təsərrüfatıdır. Obyektin torpaq ərazisinin ümumi sahəsi 975 min kv.m-dir. İmişli şəhəri, H.Aslanov küçəsindəki Təmir-Tikinti Sahəsinin ümumi faydalı sahəsi 137.1 kv.m-dir. Bu dövlət obyekti 1864 kv.m-lik torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.