16 Aprel 2019 01:43 (UTC+04:00)
DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib
Bakı. Katalog.az: Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb. DGK-dən Katalog.az-ə verilən məlumata görə, görüş bu gün Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib. Qonağı səmimiyyətlə salamlayan S.Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Vurğulanıb ki, Azərbaycan gömrüyü bu gün dünya gömrük ailəsinin etibarlı üzvüdür.