16 Aprel 2019 02:29 (UTC+04:00)
Notr-Dam kilsəsinin yerləşdiyi adanın sakinləri təxliyə edilib
Bakı. Katalog.az: Fransanın Site adasının sakinləri təxliyə edilib. Katalog.az-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, buna səbəb adada yerləşən Notr-Dam kilsəsində baş verən yanğın olub. Bildirilir ki, yanğın baş verən əraziyə ölkə prezidenti Emmanuel Makron və baş nazir Eduard Filip də gəliblər.