15 May 2019 19:06 (UTC+04:00)
Brüsseldə Azərbaycanla NATO arasında görüş keçirilib
Bakı. Katalog.az: Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında “Planlaşdırma və Analiz Prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib. Müdafiə Nazirliyindən Katalog.az-ə verilən məlumata görə, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.
VALYUTA
feed not loading