15 May 2019 19:15 (UTC+04:00)
Azərbaycanda kənd təsərrüfatı sığortası sahəsində ciddi mütəxəssis çatışmazlığı var - Ekspert
Bakı Katalog.az: Aqrar sahə sığorta standartlarına cavab verməlidir. Bu sahədə sığorta üçün böyük risklər mövcuddur. Bunu Katalog.az-ə sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, Azərbaycanda tətbiq edilən kənd təsərrüfatı sığortası dünya təcrübəsinə uyğunlaşdırılmalıdır: “Hələ Sovet dövründə Azərbaycanda ən geniş tətbiq olunan sığorta növlərindən biri kənd təsərrüfatı sığortası olub. Hazırda kənd təsərrüfatı sığortası ilə məşğul olan şirkətlərin sayı olduqca azdır. Yalnız 1-2 şirkətin bu sahədə məhsulları var. Onlar fermerlərə bu sahədə müəyyən təkliflər təqdim edə bilirlər. Lakin bu aqrar sahə üçün olduqca azdır”. Mütəxəssisin fikrincə, kənd təsərrüfatı sığortası sahəsində Azərbaycanda ciddi mütəxəssis çatışmazlığı var:
VALYUTA
feed not loading