15 May 2019 19:26 (UTC+04:00)
Şirvanda 16 yaşlı oğlan itkin düşüb
Bakı. Katalog.az: Şirvanda 16 yaşlı oğlan itkin düşüb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Katalog.az-ə verilən məlumata görə, Şirvan şəhər sakini Etiqad Səməndərli mayın 14-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
VALYUTA
feed not loading