15 May 2019 20:00 (UTC+04:00)
İlin əvvəlində əhaliyə 1.2 milyard manatlıq xidmət göstərilib
Bakı Katalog.az: Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz artaraq 1 milyard 288,7 milyon manat olub. Katalog.az-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 866,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,3 faizini təşkil edib. 2019-cu ilin yanvar-mart aylarında iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub. Dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin payına düşüb.
VALYUTA
feed not loading