15 May 2019 20:41 (UTC+04:00)
Sərhəddə çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanılıb
Bakı Katalog.az: İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb. Bu barədə Katalog.az İran Gömrük Administrasiyasına istinadən məlumat verib. Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış. Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar.
VALYUTA
feed not loading