15 May 2019 20:58 (UTC+04:00)
Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək
Bakı Katalog.az: Bakı Tekstil fabrikinin məhsulu “Alpar” və “Banu” ticarət markaları ilə ixrac olunacaq. Bunu Katalog.az-ə fabrikin direktoru Səkinə Babayeva deyib. Onun sözlərinə görə, bu, yalnız hazır tekstil məhsullarına aiddir: “Biz hazır məhsulların xarici bazarlara tədarükünə başlamağı planlaşdırırıq. Çünki xaricdə Azərbaycan ticarət evlərində nümayiş etdirilmiş məhsullarımız Rusiya və ərəb ölkələrində tərəfdaşlarımızı maraqlandırıb”. Direktor qeyd edib ki, müəssisə artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əməkdaşlıq və ixracla bağlı müraciət alıb:
VALYUTA
feed not loading