3 Dekabr 2019 00:12 (UTC+04:00)
Böyük Britaniyada avtomobil bir qrup məktəblini vurub, ölən var
Bakı. Katalog.az: Böyük Britaniyanın Esseks qraflığında avtomobil bir qrup məktəblini vurub. Katalog.az-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 yaşlı məktəbli həlak olub, 4 nəfər isə xəsarət alıb. Bildirilir ki, hadisə yerli vaxtla saat 15:20-də baş vverib. "Ford KA" avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.