3 Dekabr 2019 00:24 (UTC+04:00)
Alisson ilin ən yaxşı qapıçısı adına layiq görülüb
Bakı. Katalog.az: "Liverpul" futbol klubunun braziliyalı qapıçısı Alisson Bekker "France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı qapıçısı adına layiq görülüb. Katalog.az-in məlumatına görə, braziliyalı qapıçıya sentyabr ayında təsis edilmiş "Lev Yaşın" mükafatı təqdim edilib. İlin ən yaxşı qapıçıları sıralamasında ikinci yeri "Barselona" klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen, üçüncü yeri isə "Mançester Siti" klubunun ingiltərəli qapıçısı Ederson tutublar.