3 Dekabr 2019 00:41 (UTC+04:00)
Futzal üzrə “Payız turniri” keçiriləcək
Bakı. Katalog.az: AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə dekabrın 3-dən 5-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçiriləcək. Katalog.az-in məlumatına görə, Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq oyunların təqvimi belədir: 3 dekabr 09:30. Açılış mərasimi 10:00. Bakı – Azəri 11:00. Zirvə - Şimşək 12:00. Azəri - Ümid 4 dekabr 09:30. Zirvə - Bakı 10:30. Şimşək – Azəri 11:30. Ümid – Zirvə 12:30. Bakı – Şimşək 5 dekabr 09:30. Ümid - Bakı 10:30. Azəri – Zirvə 11:30. Şimşək - Ümid 12:30. Mükafatlandırma mərasimi