3 Dekabr 2019 00:46 (UTC+04:00)
Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb
Bakı. Katalog.az: İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb. Katalog.az-in məlumatına görə, L.Messi 2018/19 mövsümündə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi və 36 qolla turnirin bombardiri olub. Çempionlar Liqasında da 12 qol vuran argentinalı hücumçu bu turnirin bombardiri olub. Ümumilikdə, klub səviyyəsində ötən mövsüm L.Messi 51 qol vuraraq "Qızıl buts" mükafatına layiq görülmüşdü.