3 Dekabr 2019 02:44 (UTC+04:00)
Bakıda "Ford" yanıb
Bakı. Katalog.az: Bakı şəhərinin Yasamal rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb. Fövqəladə Hallar Nazirliyindən Katalog.az-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.