13 Dekabr 2019 13:38 (UTC+04:00)
Mənəvi zorakılıq qurbanlarına dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır - Anar Bağırov
Bakı Katalog.az: Nəinki fiziki zorakılığa məruz qalanlar, eyni zamanda mənəvi zorakılığa məruz qalan şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunvericilikdə mütləq nəzərdə tutulmalıdır. Katalog.az-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumun imzalanması mərasimində deyib. Onun sözlərinə görə, bu gün qanunvericilikdə fiziki zorakılığa məruz qalanlara hüquqi yardımın göstərilməsi üzrə ödəniş nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəzi hallarda zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardım göstərilir: