13 Dekabr 2019 14:29 (UTC+04:00)
Tamara Sinyavskaya və digər rusiyalı ulduzlar Emin Ağalarovu dəstəklədi (FOTO/VİDEO)
Bakı Katalog.az: Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) dekabrın 11-də Moskvada “Crocus City Hall” zalında konsert verib. Katalog.az-in məlumatına görə, bu, musiqiçinin sayca yubiley, 10-cu anşlaq konserti olub. Konsert çərçivəsində EMIN yeni “Devoçka moya” albomunu təqdim edib. Konsertdə xüsusi yeri müğənninin hər il ifa etdiyi Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısı tutub. Konsertdə sonra Müslüm Maqomayevin dul xanımı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya EMIN-ə gül dəstəsi təqdim edib.