8 Noyabr 2018 23:29 (UTC+04:00)
Azərbaycan neftinin qiyməti DƏYİŞİB
Bakı. Katalog.az: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 72,83 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,04 dollar/barel azdır. Bu barədə Katalog.az-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 71,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 7-də 68,03 dollar/barel təşkil edib ki, Katalog.az-ə görə, bu, əvvəlki qiymətdən 0,24 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 7-də 70,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.
VALYUTA
Valyuta məzənnələri
1 USD: 1.7000 1.7000
1 EUR: 1.9274 1.9117
1 RUR: 0.0254 0.0251
1 TRY:
1 GBP:
nominal
nəticə