9 Noyabr 2018 01:06 (UTC+04:00)
Şirvanda yanğın nəticəsində 2 azyaşlı həlak olub
Bakı. Katalog.az: Şirvan şəhərində evdə yanğın olub. Katalog.az-ə FHN-dən verilən məlumata əsasən, noyabrın 8-də saat 20:50 dəqiqədə Fövqəladə Hallar Nazirliyinə Şirvan şəhərində fərdi evdə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 20:54-də hadisə yerinə çatıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatanda evdə açıq alov müşahidə olunurdu. Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Əbilov Məhəmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheydər Ramil oğlunun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbi araşdırılır.
VALYUTA
Valyuta məzənnələri
1 USD: 1.7000 1.7000
1 EUR: 1.9274 1.9117
1 RUR: 0.0254 0.0251
1 TRY:
1 GBP:
nominal
nəticə