9 Noyabr 2018 22:31 (UTC+04:00)
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib
Bakı. Katalog.az: Göygöldə ağır yol nəqliyyat qəzası baş verib. Katalog.az-in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Qəza nəticəsində Göygöl rayon sakini 57 yaşlı Xalidə Bağırova ölüb, onun həmyerlisi 25 yaşlı Mirmahal Ağabalayev və Rusiya vətəndaşı 60 yaşlı Əli Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
VALYUTA
Valyuta məzənnələri
1 USD: 1.7000 1.7000
1 EUR: 1.9274 1.9117
1 RUR: 0.0254 0.0251
1 TRY:
1 GBP:
nominal
nəticə