5 Fevral 2020 20:10 (UTC+04:00)
İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb - Yaralılar var (VİDEO) (ƏLAVƏ OLUNUB)
Təfərrüatlar əlavə olunub Bakı. Katalog.az: İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb. Katalog.az-in məlumatına görə, özəl aviaşirkətə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxaraq yanıb və parçalanıb. Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib. Təyyarənin İzmir-İstanbul aviareysini həyata keçirdiyi bildirilir.