6 Fevral 2020 00:33 (UTC+04:00)
AEBA İran üzrə vəziyyətin istənilən inkişafına hazırdır
Bakı. Katalog.az: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda fəaliyyətini davmam etdirdiyi müddətdə bu ölkə üzrə vəziyyətin istənilən inkişafına hazırdır. Katalog.az-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu AEBA-nın baş direktoru Rafael Qrossi deyib. R.Qrossi bildirib: "Mən İranda baş verənləri izləməyə davam edirəm. Biz danışılanları eşidirik. Biz istənilən mümkün ssenariyə hazırlaşırıq. Lakin hazırda (İranda -red.) fəaliyyət davam edir".