5 Fevral 2020 22:46 (UTC+04:00)
Bakıda yaşayış binasında yanğın olub
Bakı. Katalog.az: Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Katalog.az-ə verilən məlumata görə, şəhərin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin mətbəxində qabyuyan maşın, aspirator və mətbəx mebeli 0,5 p.m yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.