6 Dekabr 2018 20:27 (UTC+04:00)
Tamaşaçı: Bədii gimnastika zərif idman növüdür
Bakı Katalog.az: Bədii gimnastika çox gözəl və zərif idman növüdür. Bunu Katalog.az-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin tamaşaçısı Səbinə Əliyeva deyib. O, bu idman növünü çox sevdiyini deyib: “Mənim qızım da bədii gimnastika ilə məşğul olur və bu gün bu yarışlarda iştirak edir. Uşaqlarımız üçün Milli Gimnastika Arenasında bütün şərait yaradılıb, yarışlar isə yüksək səviyyədə təşkil olunub”. S.Əliyeva əlavə edib ki, ölkədə gimnastika yüksək sürətlə inkişaf edir.