11 Yanvar 2019 18:37 (UTC+04:00)
Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib
Bakı. Katalog.az: Həbsdə olan bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib. Katalog.az-in məlumatına görə, müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm”.