11 Fevral 2019 16:08 (UTC+04:00)
"Porsche" 1,2 mindən çox avtomobili geri çağırıb
Bakı. Katalog.az: "Porsche" şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb. Katalog.az-in məlumatına görə, qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır. Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış "Panamera" modellərinə şamil edilib. Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.