11 Fevral 2019 17:03 (UTC+04:00)
Azərbaycanda yeni poçt vərəqi tədavülə buraxılıb (FOTO)
Bakı Katalog.az: “Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı olan “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu" adlı poçt vərəqini tədavülə buraxıb. Katalog.az-in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, orijinal poçt vərəqi 6 markadan ibarətdir. Kiçik vərəqin ölçüsü 151x144 mm, markanın ölçüsü isə 37x52 mm-dir. Vərəqə daxil olan markalar: 1. Texas ağacdələni - 0.2 AZN 2. Qaratoyuq - 0.3 AZN 3. Hildebrandt sığırçını - 0.6 AZN 4. Adi sığırçın - 0.2 AZN 5. Qırqovul - 0.3 AZN 6. Şanapipik - 0.6 AZN Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Bunlara əlavə olaraq “Birinci gün” zərfləri də hazırlanıb. Zərflərin sayı isə 200 ədəddir. Layihənin rəssamı Nərmin Abdullayeva, dizayneri isə Anar Mustafayevdir.