BURADA SIZIN ELANINIZ OLA BILER. BURADA SIZIN ELANINIZ OLA BILER. BURADA SIZIN ELANINIZ OLA BILER
NAMAZ VAXTI
  • 5:41
  • 7:25
  • 12:36
  • 15:10
  • 17:28
  • 19:00
Bakıda
Gündüz
Gecə

UŞAQ GUŞƏSİ


Uşağın yatızdırılması
Son illər ərzində bir çox həkimlər yeni doğulmuş körpələri düz və bərk bir yerdə, həmçinin dörd qatlanmış bələyin üstündə yatırtmağı məsləhət görürlər və öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, onun başının tərləməsi, QÖS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız bir çox fərziyyələr mövcuddur.) profilaktikası ilə əsaslandırırlar. 

Bu tövsiyələr bizə Qərbdən gəlmişdir. Lakin elmi işçilər Rusiyada doğulmuş uşaqların xüsusiyyətlərini, və məhz onların, əsasən, arxası və böyrü üstə yatmasını, həmçinin iqlim şəraitimizi, yəni, bizdə çox zaman soyuq olduğunu nəzərə almamışlar.

Məsələn, Kuba və İtaliyada yeni doğulmuş körpələri üzü üstə uzadırlar. Onların uşaqları ancaq üzü üstə yatırlar ki, onların, xüsusilə də, qızlarının bədən quruluşları (yumru başları və “yanları”) gözəl olsun.

Məşhur  “Uşaq və ona göstərilən qulluq” kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmağı tövsiyə edir. O birilər, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşağı arxası üstə yatmağa öyrətməyi məsləhət görür.

30 ildən çox bundan əvvəl bizim doğum evlərində zireh torlu, pambıq döşəkli və yastıqlı çarpayılar var idi və heç kimin heç harası əyilmirdi. İndi isə uşaqları plastmasdan düzəlmiş təknələrə yerləşdirirlər.

Uşağın başı yumru formalı və bir neçə yumşaq sümükdən ibarət olur. Uşağın süz və bərk yerə qoyuluşu zamanı baş asanca deformasiya olunur və onun arxa hissəsi hamarlaşır, lövhətək düz olur. Təzə doğulduğu dövrdə uşağın başına istənilən formanı vermək olur.
Yaxşı olar ki, təzə doğulmuş körpəni baş tərəfi bir qədər hündür olan pambıq yastığın üzərinə böyrü üstə qoyasınız ki, qusarkən boğulmasın. Üzünün altından yumşaq salfet sərin. Uşağın vəziyyətini mütləq sağ böyürdən sol böyürə dəyişmək, bu zaman yastığının vəziyyətini də çarpayının bu başından o biri başına qoyub dəyişmək lazımdır, çünki uşaqlar həmişə işığa doğru çevrilirlər.

Onurğa sütunu düz taxta deyil, onun da öz əyrilikləri var və burda əyiləsi bir şey yoxdur, xüsusən də nəzərə alsaq ki, döl ana bətnində bütün hamiləlik boyunca “embrion pozu” deyilən əyilmiş vəziyyətdə qalıb ilıq dölatrafı sularda üzür.

Mənim fikrimcə, erkən yaşlardan uşağı düz və bərk yerdə yerləşdirmək fizioloji cəhətdən düzgün deyil.

Bizim uşaqlarımız saman və sıvantağzı ilə doldurulmuş müasir ortopedik döşəklərdə nədənsə yatmır, valideynlərinin isti və rahat yatağına keçir. Bu isə arzuolumaz haldır, çünki uşaqlar valideynlərini ayırmaq üçün deyil, birləşdirmək üçün dünyaya gəlir. Uşağın anası ilə yanaşı yataqda yalnız onun atası olmalıdır. Uşaq öz yerində özünü yaxşı hiss etdiyi üçün onu tanıyıb sevirsə, deməli, böyüyəndə də həyatda ÖZ YERINI tapacaq.

Alim adamların tipik təvsiyələrindən biri budur: “2 yaşınadək uşaq qəfəsli məhəccəri olan bərk çarpayıda, ölçüsü çarpayının ölçüsü ilə üst-üstə düşən kip döşək üstündə, yastıqsız, örtüksüz və yorğansız yatmalıdır”.
Uşağın niyə narahat yatdığını anlamaq üçün bir gecə məsləhət olunan tərzdə, döşəmənin üstündəki xalçanın üzərində, yorğansız, başınızın altına isə dörd qatlanmış bələyi qoyub yatın.

Belə gecədən sonra Siz hər şeyi anlayıb, təzə doğulmuş körpənin pis yatmağından şikayətlənərək, ona sakitləşdirici dərman almaq üçün artıq nevropatoloqun yanına qaçmayacaqsınız. Siz uşaqda daha sinir xəstəlikləri axtarmayacaqsınız, sadəcə, onu sevərək rahat çarpayıya, yastıqcanın üstünə uzadıb, uşaqların çox sevdiyi kimi, qaşlarının arasını saat əqrəbi istiqamətində sığallayaraq, ona əmzik və ya yemək verəcəksiniz, sonra yellədəcəksiniz. Siz, öz balacanızın fikri ilə hesablaşmayaraq, kitablarda buyurulanlara əməl etməklə çox yaxşı və düzgün valideyn olmaq istədiyiniz üçün ondan üzr bctəyəcəksiniz. Əsas odur ki, ifrata qapılmayasınız. Uşağı bürümək lazım deyil. Həm həddən artıq soyuqdan, həm də istidən balacanı qorumaq lazımdır.
Lakin, əgər sizin balaca üzü üstə yatırsa, onu yastıqsız, düz yerə, yetərincə yumşaq döşəyə qoyun.

Əgər körpə əmzikdən imtina edirsə, çalışın onu əmziyə öyrədəsiniz, çünki ilk aylarında uşağın sorma refleksi çox güclü olur və o, əmziyə öyrənməsə, öz barmaqlarını, bələyini əməcək və ya ona əmziyi əvəz edən məməni tələb edəcək. Əmzikli uşaqlar daha sakit olur. Bizim uşaqlarımız öz əmziklərimizi daha yaxşı sorur, nəinki xarici ölkədən gətirilənləri. Uşaq yuxulayanda, əmziyi götürmək olar.

Hamı çimir

Bəzi valideynlər hətta təsəvvürünə belə gətirmək istəmir ki, bu balaca və bu qədər zəif məxluqa üzgüçülüklə necə əziyyət vermək olar. Çox zaman da uşağın su ilə tanışlığı hələ uzun müddət otların qatıldığı “haş-iki-o” ilə, balaca vanna çərçivəsində və balacanı təhlükəli tərpənişlərə bir az da olsa cəhd göstərməkdən məhrum edən valideyn əllərinin dəstəyi ilə, üç dəqiqəlik yuyunmadan ibarət olaraq qalır. Ola bilər ki, uşağın “üzgüçü refleksi ilə” dünyaya gəldiyini biləndə, onların bu qorxusu keçib gedəcək. Axı o, balaca balıqtək, 9 ay ərzində anasının akvarium-qarnında yaşayıb.

Buna görə də üzgüçülük balacanın düşməni deyil, əsl dostudur. Özü də, təzə doğulan uşağın suda üzməsi və suya baş vurması, faqdalı və şən keçməklə yanaşı, həm də gözəl sağlamlıq prosedurasıdır:
- orqanizmin az qala bütün əzələləri fəaliyyətdə olur, onurğa sütununa düşən yük isə minimaldır;
   
- üzgüçülük məşqləri ürək-damar sistemini inkişaf etdirir;    

- üzgüçülük davamlılığı artırır və nəfəs yollarına müsbət təsir göstərir: ciyərlər açılır, onların həcmi isə genişlənir;
    
- balaca üzgüçünün hətta vannada üzməsi, özündən asılı olmayaraq, bu və ya digər surətdə canının möhkəmlənməsi üzrə prosesə çevrilir;
    
- su, xüsusilə, vaxtından qabaq doğulmuş uşaqlar üçün xeyirlidir: suda bədənin çəkisi olduğundan az olur və körpələr “quruda yaşayan” normal çəkili həmyaşlarını daha tez haqlayır.


Bu zərif yaşda balacanın intellektinin inkişafı üçün müxtəlif və fəal hərəkətlər üstə gəl çoxlu müsbət emosiya lazım olduğuna görə körpənin üzməsini ilkin inkişafın tam dolğun metodikası hesab etmək olar!

Suda balıq kimi

Əziz valideynlər, yəqin ki, su şəraitinin balaca üçün doğma olmasını və onun vannadakı əhvalının hələ qurudakından daha xoş olduğunu siz artıq başa düşmüsünüz. Bununla belə, doğulduğu andan, körpə unikal nəfəs saxlama refleksinə malik olur. Üzünə su və ya güclü hava şırnağı vuran zaman, balaca reflektiv surətdə ciyərlərinə hava yığıb, özü üçün nəfəsinin bir neçə saniyəlik dayandırmasını təmin edir. Müdrik təbiət elə edib ki, hətta uşağın təsadüfən suya düşdüyü halda, o, müəyyən vaxt ərzində boğulmaz. Bir sözlə, suyun özü südəmər körpənin hərəkət müstəqilliyini ondan başlamağa çağırır.
Pompuşun “quruda” hərəkəti hələ məhduddur, axı o, öz bədənini idarə etməyi bacarmır, ancaq suda, öz kütləsinin azalması hesabına, çox çevik hərəkət edir.

Üzmənin təşkil olunması

Üzməyi harada öyrənməli? Balaca, körpələr üçün olan standart ölçülü vannadan start götürə bilər. Ancaq körpələr adi, böyüklər üçün olan vannada da məmnuniyyətlə çimirlər (unutmayın ki, fəal çimmələrə göbək yarasının sağalmasından sonra başlamaq lazımdır!). 1-1,5-aylıq yubileyini qeyd etdikdən sonra isə pompuş “böyük” suda, yəni, hovuzda çimməyə keçə bilər. Vannada sterillik heç də vacib şərt deyil. Onu çimməkdən əvvəl yaxşıca yumaq kifayət edər. Suya manqan məhlulu qataqmı? Lazım deyil. Ancaq uşağın dərisi qıcıqlanmışsa, pişikdili və ya çobanyastığı həlimi ilə çimmək onun üçün xeyirli olar. Su çox ilıq olmalı deyil, çünki belə su yuxululuq gətirir, Buna görə də, dirsəyinizi suya salın: əgər ilıqlıq hiss etmirsinizsə, demək, suyun ilıqlığı lazımi dərəcədədir. Qapını da açıq saxlamağa qorxmayın. Uşaq o qədər soyuqdan deyil, nə qədər ki temperaturun dəyişməsindən soyuqlayır (və əgər siz uşağı isti vannadan sərin otağa keçirsəniz, məhz bu effekti alacaqsınız). Bir çox valideynlər qorxur ki, su balacanın qulaqlarına dolar, və çimmə zamanı onların içinə pambıq qoyurlar. Bu tamamilə artıq bir şeydi, çünki su orta qulağın xəstəliyinə səbəb ola bilməz.
   
Vannada nə qədər vaxt çimmək lazımdır? Bu körpənin özündən asılıdır: kimi bir neçə dəqiqə çimməyə hazırdır, kimini isə vannadan davasız çıxarmaq olmur. Əgər sizin pompuşunuz fəal üzgüçüdürsə, qoyun, onun çimdiyi zaman vannaya, fasiləsiz olaraq, nazik ilıq su şırnağı axsın ki, su soyumasın. Yox, əgər sizin körpəniz ekstremal şərait həvəskarıdırsa, üzmədən sonra onu soyuq su ilə yuyundurmaq olar. Məşqçisi kim olacaq? İlkin üzmə mütodikaları üzrə bütün müəlliflər bir fikirlə razılaşır ki, anadan yaxşı məşqçi yoxdur. Ananın adekvat əminliyi və intuisiya səviyyəsində uşağın halını hiss etmək qabiliyyəti uğura zəmanət verir. İdeal şəraitdə, hovuza “körpələr qrupu”nun ilk gəlişi zamanı, debütant-körpə ilə təlimçi məşğul olur. O, üzməyə hazırlıq gimnastikası kompleksi və hərəkətlərin bilavasitə suda düzgün yerinə yetirilməsi qaydalarını anaya göstərir.

Hamı çimir
   
Deməli, vanna da, uşaq da hazırdır. O zaman, pompuşu dərhal suya salın. Bu vaxt onunla danışmağı və nə baş verdiyini izah etməyi unutmayın. Onda balaca özünü daha sərbəst hiss edəcək. Əlbəttə ki, o, sözləri anlamayacaq, amma anasının mehriban intonasiyasını mütləq “oxuyacaq”. Həmçinin nəzərə alın ki, uşaqların bir qismi üzü üstə, digərləri isə arxası üstə üzməyi sevir. Proseduranı körpənin daha çox xoşladığından başlayın. Üzü üstə çimdirdikdə, sağ əlinizlə balacanın başına çənəsindən altından dəstək verin, sol əlinizi isə boynunun arxasına qoyun. Sağ əlinizin baş barmağı ilə, sanki əmziklə, onun ağzını örtmək olar. Bir çox körpələr məmnuniyyətlə anasının əlini sorur, bu, onların cəsarətini artırır. Balaca arxası üstə üzəndə, bir əlinizlə onun başını, digəri ilə yanını saxlayın. Seçilmiş vəziyyətdə körpəni gəmitək və ya səkkiz yazaraq vanna boyunca irəli və geri üzdürürlər. Hərəkətlərin tempini fərdi olaraq seçin: bəzi körpələr sərt virajları və dalğaları sevir ki, vannadakı su qırağından aşıb tökülsün, o biriləri isə asta hərəkətlərə üstünlük verir. Mütləq uşağı borta yaxınlaşdırın: ayağı altında yeri hiss edən kimi, o, yarım müstəqil surətdə itələnib vannanın o biri başına üzəcək. Bir çox uşaqlar arxadan üzü üstə və əksinə çevrilməyi xoşlayır. Şaquli vəziyyətdə də, qurbağa pozunda üzmək olar. Bu halda siz bir əlinizi körpənin sinəsi altına verir, o biri ilə ayaqlarını uarnına doğru qatlanmış vəziyyətdə tutursunuz. Bu poz körpənin ana bətnində olduğu vəziyyəti xatırladır ki, uşaqlar onu çox sevir.

Son zamanlar uşağın bələnməsi əvvəlkitək populyar deyil. Uşağı bələməyin zərərli olması barədə indi həm mətbuatda, həm də kitablarda oxumaq olar. Hətta mühafizəkar pediatrlar belə, təzə doğulmuş körpəyə birbaşa şalvar geyindirməyi məsləhət görürlər, çünki bələk körpənin hərəkətlərini məhdudlaşdırır və onun imkişafına mane olur. Digər tərəfdən, böyük nəslin nümayəndələri gənclərin körpələri bələmək istəmədiyindən narazılığını bildirir. Onlar çox zaman müxtəlif “mifik” əsaslar gətirir, guya, məsələn, “körpəni bələməsən, onun ayaqları əyri olacaq”. Bəs kim haqlıdır?  Doğrudan mı bələnmə bu qədər köhnəlib? Gəlin məsələni araşdırmağa çalışaq.

Tibb elmləri doktoru, professor İlya Arkadyeviç Arşavski bələnmə barədə belə demişdir: “ Əvvəllər uşaq az qala bütün günü yatır. İndi neyləyək, uşağa imkan verək ki, bekarçılığını davam eləsin? Təbiət buna yol verməz! O, əlavə ehtiyatlar axtarır.
İndi budur, yatmış körpə vaxtaşırı uzun nəfəsvermə fazası qərq olur. Hərəkət fəallığının “işəsalma mexanizmi” kimi bizə artıq məlum olan oksigen çatızmazlığı yaranır. Reflektiv titrəmələr baş verir. Nəticədə, yuxu vaxtının 50%-ni yatmış körpə, faktik olaraq, hərəkətdə keçirir. Bələk isə buna mane olur! Xoşbəxtlikdən, hərəkət fəallığını onlar tam aradan qaldıra bilmir, ancaq onu məhdudlaşdırır. Körpə nə qədər sıx bələnibsə, o qədər də çox.

  Lakin bələmənin ümumiyyətlə lazım olmadığını israr etmək də səhv olardı. Nə üçün?  Məsələ burasındadlr ki, hamiləliyin təxminən 34 həftəliyindən əhəmiyyətli dərəcədə böyümüş döl bütün mamalıqdaxili boşluğu tutur və hətta demək olar ki, mamalıq toxumalarına bürünür. Bu zaman toxunma hissinə güvənən uşaqda mamalığın formasına uyğun olan  bədəninin forması haqda təssəvür yaranr. Belə çıxır ki, hamiləliyin sonunda uşaq özünü ovoid (yumurta formasında olan cisim) kimi hiss edir. Psixoloq-perinatoloq Janna Tsareqradskaya qeyd etdiyi kimi, uşaqda “... mamalığın forması ilə şərtləndirilən məhdud məkana və yumrulanıb, çənəsini sinəsinə sıxıb, əllərini qoynuna qoyub, ayaqlarını dizlərində qatlamış vəziyyətdə olan xarakterik poza vərdiş yaranır. Məhz bu pozda o, özünü rahat və təhlükəsiz hiss edir”.

O, davam edir: “Uşaqda gəldiyi yeni dünyaya müsbət münasibət yaratmaq üçün, ona vərdiş etdiklərini, yəni, öz bədən formasını dərk etməsi imkanını qaytarmaq lazımdır.
Balaca bu hüdudsuz məkanda çabalamasın və ondan qorxmasın deyə, ona birdəfəlik itirdiyi “cənnəti” və onun özünü qaytarmağa kömək edən adi ənənəvi bələk lazımdır. Körpəni bələyib onu ana bətnindəki poza salan kimi, o, sakitləşir. Artıq başa düşdüyünüz kimi, bu təsadüfi deyil. Axı onun rahatlıq və təhlükəsizlik hissi məhz bu pozla bağlıdır. Bizim nənələrimiz təzə doğulmuş körpənin həyəcanlarını çox gözəl anlayıb və buna görə də bir yaşayış mühitindən o birisinə keçidi bir qədər yüngülləşdirmək üçün bələyi kəşf etmişdilər”.
Əlbəttə, belə bir qorxu yarana bilər ki, bələnmə uşağı imkişafdan saxlayır. Janna Tsareqradskayanın fikrincə, nu qorxular əsassızdır. O, qeyd edir ki, artıq 4-5 gündən sonra balaca əllərini bələkdən çaxarır ki, onları sorsun. Bu, siz düşündüyünüz kimi, o demək deyil ki, körpə onu bələkdən azad etməyi tələb edir. Əslində, o, ana bətnindəki həyatının mənzərəsini tam bərpa etməyə çalışır (müəyyən edilib ki, uşaq öz barmağını və ya yumruğunu təxminən 16 həftəliyindən sormağa başlayır). Doğulduqdan üç-dörd həftə keçdikdə balaca ətraf aləmə maraq göstərməyə başlayan zaman (otağı, ətrafdakı adamların üzünü və nüxtəlif predmetləri nəzərdən keçirir) o, doğrudan da, əllərini bələkdən çıxarmağa çalışacaq və məhz onda onun əllərini bələyin içindən çıxarmaq lazımdır.

Belə çıxır ki, nə uşağın yarım ilinədək onu bərk-bərk bələyə bükməyin tərəfdarları olan qatı mühafizəkarlar, nə də bələməyi köhnəlmiş üsul hesab edən radikallar haqlı deyil. Ən düzgünü ortayönlü yanaşmadır (orta seçimi nahaq yerə “qızıl” adlandırmırlar). Bu halda, bələnmə uşağın yeni həyat şəraitinə öyrəşməsi üçün lazımdır. Bu cür yanaşdıqda, bələməkdən o vaxt imtina etmək olar ki, uşaq özü buna hazır olduğunu göstərsin. Bəzi hallarda, Tsareqradskaya qeyd etdiyi kimi, körpələr ta iki ayınadək bələkdə yatmaq istəyir. Bu onunla izah olunur ki, doğulma prosesini ağır sarsıntı kimi yaşamış uşaqlar uzun zaman yeni reallığı qəbul edə bilmir. Belə hallarda, hadisələri qabaqlamağınız deyil, yeni mühitə tədricən öyrəşmək üçün uşağa imkan verməyiniz yaxşı olardı.

Dırnaqları düzgün necə tutmalı

Uşaqların dırnaqları çox tez uzanır, onlar nazik, ancaq yumşaq və iti olur. Onların altına çirk çox asan yığılır, hətta lap balaca körpələrdə belə. Uşaqlar özlərini qan çıxanadək cırmaqlaya bilər. Buna görə də, onların dırnaqlarının uzunluğunu izləməlisiniz. Ançaq uşaqlar dırnaqtutma prosedurasını sevmir. Uşağı yaralamamağın ən yaxşı üsulu onun dırnaqlarını yatdığı zaman tutmaqdır. Bir qədər böyümüş uşaqlara öz üzərinizdə nümunə göstərmək olar. Uşaq görsün deyə, əvvəlcə öz dırnaqlarınızı, sonra isə onun dırnaqlarını tutun. Bu sınanılmış üsuldur və köməyi olur.
Əkizlərin Baxımı

Hamilə qadın bir körpə düşüncəsindəykən birdən əkiz körpələri olacağını öyrənincə təlaşlanması adidir. Çünki bir körpə üçün düşünülən planlar artıq iki körpə üçün edilməyə başlanmalıdır. Ana namizədlərinin bir qisimi doğulacaq olan körpənin ehtiyaclarını aradan qaldırmaq üçün hamiləliyin son aylarını gözləyərkən bəzi analarda hamilə olduqlarında öyrəndikləri andan etibarən ehtiyac siyahısını hazırlamağa başlarlar. Əkiz körpə gözləyən anaların olması lazım olandan daha əvvəl doğum etmələri gözlənilər. Bu səbəblə əkiz anaları təyin olunan doğum tarixindən daha əvvəl körpənin bütün ehtiyaclarını aradan qaldıracaq vəziyyətdə olmalıdırlar.

Bir körpənin ananı nə qədər yora biləcəyi bilinərkən, iki körpə olduğunda nələr yaşayacağınızı düşünərək özünüzə körpələr dünyaya gəlmədən bol bol vaxt ayırın. Əkizləri əmizdirmək olduqca güc ola bilər. Sizin üçün iki üsul təklif edilməkdədir. Isterseniz bebeklerinzin ikisini eyni anda əmizdirə bilər ya da birini əmizdirdikdən sonra bir başqasına keçə bilərsiniz. Körpələrinizin ikisini də qucağınıza alın, qıçları xaricə dönük gələcək şəkildə qucağınıza yatırdın. Daha sonra bir məmənizi birinə, digər məmənizi də o birinə verin. Bu şəkildə əmizdirməyə başlayın. Bu əməliyyatı edərkən tez-tez körpələri digər məməni əmməsi üçün dəyişdirin. Körpələri eyni anda əmizdirməniz halında zamandan da qənaət edəcəksiniz. Əkizləri eyni anda əmizdirmək sizə çətin gəlirsə onları tək-tək əmizdirməyi təcrübənin.

Bəzi anaların südləri az olduğundan körpələrə mama möhkəmlətməsi edə bilərlər. Bu şəkildə körpələrinizi əmziklə əmizdirməniz lazım olacaq. İstəsəniz əmziklə qida alışını da eyni anda edə bilərsiniz. Körpələrinizin ikisinidə düz bir zəminə yatırdın və başlarının yüksəkdə olmasını təmin etmək üçün başlarının altına bir yastıq qoyun. Daha sonra da əmzikləri əllərinizə alın və bir əlinizlə birini bəsləyərkən, digər əlinizlə də digər körpənizi bəsləyin. Bu əməliyyatı da ayrı-ayrı edə bilərsiniz. Bu şəkildə körpələrinizlə tək-tək daha yaxşı maraqlanmanız da olasıdır.

Ikiz körpələri eyni anda duş qəbul etdirmək çətin ola bilər. Körpələrinizi eyni anda duş etdirə bilməniz üçün sizin də iştirakınız lazımlıdır. Ləyənin içinə girərək körpələrinizi qucağınıza alın və birlikdə duş qəbul etməyə başlayın. Bu tərzdə edilən duşlar olduqca uzun müddət bilər. Bu səbəblə əkizlərinizi tək-tək yumanız daha üstünlüklü olacaq. Bir körpəniz yatarkən digərini yuya bilər və digəri yatdığında da onu yuya bilərsiniz. Bir keç həftəlik olan bir körpəs(n)i tez-tez yumaq zəruri deyil, bu səbəblə onları silebilirsinizde.

Əkiz körpə anaları olduqca çox yorularlar. Evdə tək olmadığınız zamanlarda körpələrlə başqalarının maraqlanmasını təmin edin. Məsələn annaanne ya da ata tərəfdən nənə evdə ol/tapıldığında körpələrlə maraqlanmalarını təmin edin. Bərabər/yoldaşınızın evdə olduğu zamanlarda etməniz lazım olan hər şeyin yarısını onun da etməsini təmin edin. Bu vaxt bərabər/yoldaşınızın davamlı eyni körpələ maraqlanmasına icazə verməyin, bu şəkildə digər körpə bərabər/yoldaşınıza uzaq qalar və davamlı sizi yanında istəyə bilər.

Yenidoğanlar gecələri tez-tez oyana bilərlər. Bu səbəblə xüsusilə əkiz anaları bir çox gecəni yuxusuz keçirər. Gecələri körpələrinizin birinin ehtiyaclarını qarşılayarkən tətbiqlərin eynisini digərinə də təkrarlayın. Bu şəkildə gecə boyunca tez-tez oyandırılmaq məcburiyyətində qalmazsınız.
Ikiz körpə sahibi olmanızdan ötəri evinizin doğum etmədən əvvəlki nizamda olmasını gözləməyin. Bu səbəblə yeməklərinizi hazır olanlardan seçin, evinizin baxımında sizə köməkçi olması üçün bir köməkçi əldə edin. Beləcə körpələrinizlə və özünüzlə maraqlanmaq üçün daha çox zamanınız olacaq. Xüsusi işlərinizi körpələriniz yatarkən edin ya da onlar yatarkən sizdə dinlən/istirahət edin.

Eyni anda dəlilər kimi qışqıran iki körpələ birdən maraqlanmaq qeyri-mümkün kimidir. Bu səbəblə sizib bir adam olduğunuzu və buna görə eyni anda iki körpələ birdən maraqlana bilməyəcəyinizi körpələrinizin anlamasını təmin edin.

Əkizlər körpəlik dövrlərində olduqca yaramaz və bir-birləriylə heç razılaşa bilməyəcəkmiş kimi görünsə də irəliləyən günlərdə olduqca iki yaxşı dost olarlar. Bu səbəblə yaşadığınız bu çətin vəziyyətlərin bir gün bitəcəyini unutmayın.

Əkizlərin bir qisimi bir-birlərinə olduqca bənzərkən bir qisimi də çox az bənzəyə bilər. Bir-birlərinin eynisi olan körpələrin baxımı daha çətindir. Bir az əvvəl hansını yedirdiyinizi anlamanız çətin ola bilər. Bu səbəblə körpələri ayıra bilmək üçün onların üzərində bir işarə olmasını təmin edin ya da fərqli geydirin.

Körpələrinizin ikisidə bir mələk olmayacaq, mütləq içlərindən biri yaramaz olar. Bu səbəblə hər cür meydana gəlməyə hazır olmalısınız. Əkiz körpə sahibi olan digər ailələrlə əlaqələr qurun və onlardan tövsiyələr istəyin. Bu şəkildə edilən köməkləşmələr sizə müsbət faydalar təmin edə bilər.
 
 
VALYUTA
Valyuta məzənnələri
1 USD:
1 EUR:
1 RUR:
1 TRY:
1 GBP:
nominal
nəticə
SORĞU
  • Saytımızın yeni tərtibatı barədə fikirləriniz?
  • SƏS VER!