2021-01-13 21:28:00
Azərbaycanın iki cüdoçusu “World Masters” turnirinin gümüş medalını qazanıb
Bakı. Trend: Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar. Trend xəbər verir ki, 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub. Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertalianiyə uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.