
2021-01-13 22:31:51
Cənubi Qafqazda yeni yollar investisiya axını və biznesin inkişafı deməkdir - Rusiyalı politoloq
Bakı. Cani Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əsas müzakirə mövzularından biri əlaqələrin bərpası məsələsi olub.
Bunu Trend-ə rusiyalı politoloq Darya Qrevtsova deyib.
O bildirib ki, bu məsələnin işlənməsi üçün hər üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupu yaradılıb: "Onlar bir neçə istiqamətdə yolların tikintisi üzrə layihələri hazırlayacaq".
Onun sözlərinə görə, yol Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya keçəcək. Bundan başqa, Azərbaycandan Naxçıvana, daha sonra Türkiyəyə yol inşa ediləcək:
"Yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir".
Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: "İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir. Bu, o qədər də asan olmayacaq, çünki bunun üçün əhəmiyyətli maliyyə vəsaiti tələb olunacaq".
-
Biznes və Maliyyə
-
İstehsalat
-
Avtomobillər
-
Dəb və gözəllik
-
Mədəniyyət və İncəsənət
-
Mağazalar
- Kompüterlər və orqtexnika -
- Hədiyyələr və suvenirlər -
- Ofis ləvazimatları -
- Saatlar -
- Yer döşəmələri -
- Şirniyyat -
- Elektronika və texnika -
- Gül salonları -
- Laboratoriya avadanlıqları -
- İnteryer və mebel -
- Optika -
- Mətbəx ləvazimatları -
- İdman avadanlıqları -
- İsitmə avadanlıqları -
- Mobil telefonlar -
- Əntiq mallar -
- Xalça mağazaları -
- Pərdə mağazaları -
-
Xidmətlər
- Audit və mühasibat uçotu -
- Distribyuter -
- Sertifikatlaşdırma -
- Marketinq, Reklam -
- Kuryer xidmətləri -
- Cəmaşirxanalar və kimyəvi təmizləmə -
- Nəqliyyat xidmətləri -
- Təhlükəsizlik sistemləri -
- Xüsusi sistemlər -
- Hüquq xidmətləri -
- Tərcümə xidmətləri -
- Menecment və konsaltinq -
- İş geyimləri -
- Akvariumlar -
- Kadr agentlikləri -
- Tədbir və bayramların təşkilatı -
-
Təşkilat və Nümayəndəliklər
-
Kompüter və İnternet
-
Əyləncə və İstirahət
-
Mülk,Tikinti
-
Səhiyyə və Sağlamlıq
-
2021-01-25 16:07:00Oxunma sayi: 0
-
2021-01-25 16:31:00Oxunma sayi: 0
-
2021-01-25 16:06:00Oxunma sayi: 0
-
2021-01-25 16:15:00Oxunma sayi: 0
-
2021-01-25 16:06:00Oxunma sayi: 0
-
2021-01-25 15:52:00Oxunma sayi: 0
-
2021-01-25 15:37:00Oxunma sayi: 0
-
2021-01-25 15:12:00Oxunma sayi: 0
-
-
2021-01-25 15:04:00Oxunma sayi: 0